2022-ci ildə Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 2021-ci illə müqayisədə 13 manat və yaxud 6,3 çox – 220 manat təşkil edəcək.
Arazmedia.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, pensiyaçılar üçün yaşayış minimumu 14 manat və yaxud 8,6% artırılaraq 176 manata, uşaqlar üçün yaşayış minimumu isə 18 manat və yaxud 10,3% artırılaraq 193 manata çatdırılır.