DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“Cənubi Qafqazda müsbət addımlar atılır” – Ərdoğan

1 dəqiqəyə oxunur

G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşümüzdə Əfqanıstanda və Cənubi Qafqazda vəziyyəti müzakirə etdik.

Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, oktyabrın 26-da Azərbaycana səfər etdiyini Fransa Prezidentinin diqqətinə çatdırdığını qeyd edib.

“Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşımız bu müsbət addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”, – Türkiyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacağı təqdirdə regionda sülh platforması yaradıla bilər.