Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşünün təfərrüatlarını açıqlayıb.
Arazmedia.az “Haberglobal”a istinadən xəbər verir ki, liderlər regional məsələlər, o cümlədən, İran-Azərbaycan münasibətləri barədə danışıqlar aparıblar.
“Ümid edirik ki, İran Azərbaycanla münasibətlərində ağıllı olacaq və orada heç bir problem yaranmayacaq”, – deyə, Ərdoğan bildirib.