Zəfər qoxulu, digər tərəfdən də ah-naləli 2-ci Qarabağ müharibəsindən 1il ötür.Bu günlər bizə çox acıları xatırladır.Hər ailəyə verilən acı xəbər həmin ailənin işığının söndüyü gündür.Alışovlar ailəsinə verilən xəbər də onlardan biridir .Bu ailənin də ümid,həyat işığı bir gecədə söndü.Həmin gecə oktyabrın 25-də kəndin hər yerindən Samirin acı xəbərinə gələnlər vardı.Samiri tanıyan, tanımayan, ailənin evinin yerini belə bilən, bilməyən hər kəs…
Samir Cəlil oğlu Alışov Qubalıbaloğlan kəndində doğulub boya-başa çatıb.Həyat yolu çox ağır keçsə də, Samir həmişə şad, gülərüz görünürdü .Onu görən dünyanın ən xoşbəxt insanı sanardı.Bir kəsin qəlbinə dəydiyi, kəm söz dediyi deyilə bilməz.Ətrafında köməyə ehtiyacı olan hamının köməyinə yetişərdi.Maddi cəhətdən çox çətinliklərlə üz-üzə qalsa da, o, ailə sevgisi, qayğı ilə əhatə olunaraq böyümüşdü.Ailənin ilk övladı olan Samir valideynlərinə həddindən artıq bağlı idi.O, olduğu yaşdan daha erkən böyümüşdü, həyat onu böyütmüşdü.
Həyatı çox çətin, ağır olan Samir ölümün ən gözəlini qazandı.Samiri indi hamı dərin hörmətlə yad edir.. Ailəsi üçün onun yoxluğu həddindən artıq ağır dərddir.Oğullarını istədikləri kimi böyüdə bilmədilər.Samirin arzuları vardı, ev tikmək, evlənmək istəyirdi.Arzusunu da özüylə birgə aparan Şəhidim, ruhun şad olsun.Sən ölümünlə cənnəti qazandın, bir elin başını uca etdin.Sənin ölümünə ellər ağladı…Səni tanıyanların yaddaşında hər zaman xoş simalı, şən, zarafatcıl, kiçik bir canlıya belə ziyan verməyən biri kimi qalacaqsan. Allah valideynlərinə səbir versin…
Müslümova Samilə
Qubalıbaloğlan kənd orta məktəbinin müəllimi
Arazmedia.az