DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Media islahatları haqda fərmanda dəyişiklik edildi

1 dəqiqəyə oxunur

Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Arazmedia.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.

Fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

Fərmanla İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib. Bundan əvvəl icraçı direktorun 2 müavini var idi.