Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.
Arazmedia.az İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.