Oktyabrın 13 -də Sarsang su anbarının ərazisində, Suqovuşan – Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycanın tikinti texnikası karvanı atəşə tutulub.
Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, karvanı Rusiya sülhməramlıları müşayiət edirdi.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəsin pozulması ilə bağlı araşdırma aparır.