44 günlük Vətən Müharibəsi şəhidləri – Bum qəsəbə sakini Süleymanov Vasif Akif oğlunun və Tüntül kənd sakini Kərimov İsmayıl Abbas oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri hər iki şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirələri anılaraq, ruhlarına dualar oxunmuşdur.
Arazmedia.az xəbər verir ki, həmçinin şəhid Süleymanov Vasif Akif oğlunun xatirəsinə Bum qəsəbəsində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.
Hər iki şəhidin ailəsini mərasim iştirakçıları evlərində ziyarət etmişlər. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.