DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Sosial şəbəkələrin çökməsi dünya iqtisadiyyatına nə qədər zərər vurub? AÇIQLAMA

1 dəqiqəyə oxunur

Dünən axşam saatlarında sosial şəbəkələrin fəaliyyətində müəyyən problemlər yaranmışdı. Sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib.

Bu sözləri Unikal.org-a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram, Twitter və WhatsApp və Facebook Messenger-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb.  Həmin şəbəkələrin 3 saat ərzində çalışmaması dünya üçün 645 milyon xərc demək idi. 

NetBlocks şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalar görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə Facebook-un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan Facebook şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur.