Xəbər verdiyimiz kimi, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Arazmedia.az Musavat.com-a istinadən xəbər verir ki, işdən çıxarılan İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə şöbəyə müdir müavini təyin edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri, Prezidentinin köməkçisi Zeynal Nağdəliyevdir.