DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Facebook” daha bir açıqlama YAYDI

1 dəqiqəyə oxunur

Feysbuk sosial şəbəkəsinin işində baş verən kütləvi xətanın səbəbi açıqlanıb.

Arazmedia.az xəbər verir ki, bu barədə feysbukun rəsmi saytında məlumat paylaşılıb. Bildirilir ki, xətaya səbəb magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri olub.

Şəbəkə trafikində baş verən sözügedən xəta məlumatların emalı mərkəzlərinə təsir göstərib ki, bu da xidmətlərin işləməməsinə gətirib çıxarıb.

Bununla yanaşı, qeyd edilib ki, feysbuk, instaqram və votsap tətbiqetmələrində yaranan problem istifadəçilərin məlumatlarının oğurlanmasına səbəb olmayıb.

“Downdetector”un məlumatına görə isə, bu, feysbuk tarixində ilk böyük xəta olub.

Qeyd edək ki, dünən sözügedən sosial şəbəkələrin işində 7 saat davam edən problem yaşanıb. Bu zaman “Privacy Affairs” nəşrinin yaydığı məlumata əsasən, 1,5 milyard feysbuk istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.