Hazırda dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin fəaliyyəti iflic olub.
Arazmedia.az xəbər verir ki, digər məşhur sosial şəbəkə tətbiqi olan “Telegram” öz “Twitter” səhifəsində istifadəçilərin suallarını cavablandırıb.
“Telegram”ın rəsmi “Twitter” səhifəsində qeyd olunur ki, dünyanın aparıcı sosial şəbəkə proqramlarında yaranmış problem onların tətbiqinə də mənfi təsir göstərib, yükləmələr “Telegram”ın işində çətinliklər yaradır.