DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu il prokurorluq orqanlarına işə qəbul edilənlərin sayı AÇIQLANDI

1 dəqiqəyə oxunur

2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına qəbulla bağlı keçirilmiş 22 müsabiqədə 2021-ci ildə 100 nəfər olmaqla, ümumilikdə uğur qazanmış 1011 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, onlar da hazırda prokurorluq işçilərinin 78,5 faizini təşkil edir. Diqqətəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 92 nəfəri Baş Prokurorluqda idarə rəisi, rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilmişdir.

Arazmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

Baş prokuror qeyd edib ki, gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlərin davamı olaraq cari ilin 31 may tarixində işə qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən növbəti – 23-cü müsabiqə elan edilməklə hazırda sənəd qəbulu davam etdirilir.