Yevlaxda “Qəhrəmanlar Can Verər, Yurdu Yaşatmaq üçün” mövzusunda videokonfrans formatında tədbir keçirilib – FOTOLAR
2 dəqiqəyə oxunur
Share
29 sentyabr 2021-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin, Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Yevlax şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin iştirakı ilə Vətən müharibəsinin il dönümünə həsr olunmuş “Qəhrəmanlar Can Verər, Yurdu Yaşatmaq üçün” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev Müzəffər Azərbaycan Ordusunun xalqımızın 30 illik həsrətinə cəmi 44 günə son qoyduğunu bildirərək, bu müharibənin müasir hərb tarixinə düşdüyünü qeyd edib. Xalq – ordu birliyinin vəhdətini qeyd edən Rafiq Əliyev döyüşlərdə qəhrəmanca həlak olan şəhidlərimizin qazanılan bu qələbənin memarı olduqlarını diqqətə çatdırıb. Rafiq Əliyev bu gün işğaldan azad olunmuş torpaqlarda geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda Doğma Qarabağın tamamilə bərpa ediləcəyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Ulu öndər Heydər Əliyevin ikinci səfər siyasi hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində əsaslı inkişafın həyata keçirildiyini qeyd edib. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövürdən aparılan məqsədyönlü siyasətin mərkəzində torpaqlarımızın azadlığının dayandığını vurğulayan Fərid Vaqifli, 30 ildən sonra Ali Baş Komandanın dəmir yumruğunun, qəhrəman ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb. Fərid Vaqifli Azərbaycan xalqının tarix var olduqca bizlərə şanlı qələbəni yaşadan qəhrəman şəhidlərimizə, müzəffər ordumuza və bu ordunun dəmir yumruqlu Ali Baş Komandanına minnətdar olduğunu bildirib.
Çıxış edənlər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Rövşən Musayev də dövlətimizin apardığı haqq savaşından danışaraq, tarixi ədalətin bərpa olunduğunu, doğma Qarabağımızın indi yenidən çiçəklənərək inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.