“Azərbaycan-Gürcüstan arasında yaxın dost və qardaşlığa çevrilmiş münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyır. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir. Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməklə, Qərb-Şərq arasında körpü rolunu oyanayaraq ən strateji qlobal enerji, nəqliyyat layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verir. Eyni zamanda, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir: Ölkələrimiz arasında siyasi əlaqələr region üçün nümunəvi xarakter daşımaqla, bölgədə geniş əmaəkdaşlıq, sülh və möhkəm dyanıqlı sülh üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələr son illər ən yükəsk zirvəyə çatıbdır”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfərini şərh edərkən bildirib.
Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı açıq dəstkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. “Biz bunun bariz nümunəsini Ermənistanın bizə qarşı həyata keçirdiyi son təcavüz aktına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücüm və sülhə məcburetmə əməliyyatı zamanı gördük. Belə ki, Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər”.
Gürcüstanla Azərbaycanı möhkəm siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı, mühüm qlobalr və regional layihələr birləşdirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. TANAP, TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasından faydalanmaqdadır. Ölkələr arasında ticarət dövriyyəsi son illərdə daha da artır və hazırda əmtəə dövriyyəsinin həcmi 600 mln dollardan çoxdur. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 1-ci yerdədir. Azərbaycan Dövlət Neft Şirkəti bu ölkəyə 1,5 milyard dollardan artıq həcmdə investisiyalar yatırıb və Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir”.
Hər iki ölkəni yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir. Əsrlər boyu bir yerdə yaşayıb-yaradan, milli-mənəvi adət-ənənləri zənginləşdirən gürcü və azərbaycan xalqı regionda digər xalqlar üçün nümunəyə çevrilibdir.
Aydın Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevlə cənab Qaribaşvilinin görüşündə hər iki dost ölkə arasında strateji əlaqələrin bütü istiqamətlərdə daha da inkişaf etməsinə dair açıq mesajlar verildi. Müzakirə edilən məsələlər də təsdqiləyir ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir. Eyni zamanda, hər iki ölkə xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edir və bir-birlərinin haqlı mövqeyini beynəlxalq tribunalarda dəstəkləyir.
Aydın Hüseynov onu da bildirib ki, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir.
Millət vəkili bildirib ki, Azərbaycan və gürcüstan hazırda Yeni İpək Yolu layihəsində fəal rol almaqla yeni nəqliyyat və infrastruktur tranzitlərinin yaradılmasında da əsas yer tutur. “Bu gün regionda oxşar tarixi yaşayan iki ölkə – Azərbaycan və Gürcüstan yeni-yeni mühüm layihələri ərsəyə gətirmək üçün birgə siyasi iradə və mövqe nümayiş etdirir. Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açır.