“Azərbaycanlılar Gorus-Qafan yolunda tikinti işlərinə başlayıblar”.
Arazmedia.az xəbər verir ki, bunu Gorus bələdiyyə sədrinin müavini Karen Köçəryan NEWS.am-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ərazidə tikinti işləri gedir:
“Gorus-Qafan yolunda azərbaycanlılar terminal və ya yanacaqdoldurma məntəqəsinin tikintisinə başlayıblar. Ərazidən keçərkən Azərbaycan polisi erməni avtomobillərini saxlayırlar. Böyük kolon meydana gəldikdən sonra rus sülhməramlıların müşayiəti ilə avtomobillər bir nöqtədən digərinə keçir. Azərbaycanlılar özlərini çox sərbəst aparırlar”.