DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Dövlət qurumlarının nümayəndələri üçün seminar keçirildi

1 dəqiqəyə oxunur

Sentyabrın 24-də Azərbaycan Prezidentinin Administrasiyası, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə dövlət qurumlarının nümayəndələri üçün “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib.

Arazmedia.az-ın məlumatına görə, seminarın təşkilində məqsəd dövlət qurumları ilə ictimaiyyət arasında sosial medianın müasir kommunikasiya vasitəsi kimi rolunu vurğulamaq, şəffaflıq və açıqlıq prinsiplərini rəhbər tutaraq, vətəndaş məmnuniyyətinin artırılmasını təmin etmək, dövlət qurumları tərəfindən bu platformalardan məqsədyönlü və səmərəli şəkildə istifadə edilməsini, ictimaiyyətin proseslərə cəlb edilməsini, iştirakçılığını və əks-əlaqəni təşviq etməkdir.

Seminarda iştirakçılara sosial mediadan səmərəli istifadə üzrə təqdimat edilib.