Rusiya Beynəlxalq Kosmik Stansiyada bədii film çəkməyi planlaşdırır.
Arazmedia.az-ın məlumatına görə, oktyabrın 5-də çəkiliş heyəti stansiyaya yollanacaq.
“Çağırış” adlı filmin çəkilişərinin 12 gün davam etməsi nəzərdə tutulub. Qeyd olunur ki, BKS-ə kosmonavt Anton Şkaplerovla yanaşı, rejissor Klim Şipenko, aktrisa Yuliya Peresild və operator Aleksey Dudin səfər edəcək.
Çəkiliş heyəti oktyabrın 17-də Yerə qayıdacaq.