Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Arazmedia.az-ın məlumatına görə, Səbail rayon məhkəməsində S.Müslümovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Məhkəmədə vəsatət təmin edilib və Səlim Müslümov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.