Danimarka koronavirus əleyhinə tədbirləri tamamilə ləğv edən ilk Avropa ölkəsi olub.
Arazmedia.az xəbər verir ki, bu gün ölkədə COVID-19 məhdudiyyətləri aradan qalxır. Belə ki, Danimarkada restoranlara, idman salonlarına və gecə klublarına giriş artıq pasport tələb etməyəcək.
Karantin yalnız koronavirus xəstələri üçün işləyəcək. Sağlam vətəndaşlar ofislərə, uşaqlar da məktəbə qayıda biləcəklər.
Ölkədə bütün digər məhdudlaşdırıcı tədbirlər oktyabrın 1 -dən etibarən ləğv ediləcəkdir.