Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan həbs ediləcək.
Bu barədə Arazmedia.az “Pastinfo”ya istinadən xəbər verir.
Qeyd edilir ki, Yerevan Məhkəməsinin hakimi Mnasakan Martirosyan gözlənildiyi kimi, Xüsusi İstintaq Xidmətinin müstəntiqinin vəsatətini təmin edib və ölkənin keçmiş baş prokuroru, İstintaq Komitəsinin sabiq sədri Aqvan Ovsepyanın həbsi haqqında qərar qəbul edib.
Vəkil Sasun Rafaelyan agentliyə bildirib ki, məhkəmənin qərarının alınmasından sonra şikayət edəcək.
Aqvan Ovsepyan dünən – sentyabrın 7-də səhər il yarım əvvəl qaldırılmış cinayət işi çərçivəsində saxlanılıb.
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 2004-cü ildən 2008-ci ilə qədər baş prokuror, sonra İstintaq Komitəsinin sədri vəzifəsini tutmuş Ovsepyan 1,3 milyarddan çox dramın mənimsənilməsində vasitəçi olub. O, ayrıca 190 milyon dram məbləğində rüşvət alıb və 800 milyon dram məbləğində əmlakı mənimsəyib. Ovsepyana Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittihamlar irəli sürüb.