İtaliyanın “Yuventus” futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.
Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb.
“Yuventus” Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir”, – turinlilərin mətbuat xidmətinin xəbərində deyilir.
Məlumata görə, ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulub, amma Dodyen 2019-cu ildə meydançaya qayıda bilib və “Yuventus”un U15 komandasının heyətində çıxış edib.