Gürcüstanda son sutka ərzində koronavirusa 2 210 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilir.
Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 564 837, ölənlərin sayı isə 7 806 nəfər təşkil edir. İndiyədək 514 768 nəfəri sağalıb.