Yaponiyanın Baş naziri Suqa Yoşihidenin istefa verəcəyi iddia edilir.
Arazmedia.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, koronavirusla mübarizədə atdığı addımların heç bir faydası olmadığı bildirilən baş nazir bu səbəbə görə vəzifəsindən ayrılacaq.
Bir ilə yaxındır ki, hakim Liberal Demokrat Partiyasının (LDP) sədri olan Baş nazir Suqanın ayın sonuna planlaşdırılan partiya içi liderlik yarışına qatılmayacağı bildirilir.