Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 əfqan mühacir saxlanılıb.
Arazmedia.az ürkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb.
Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmasının vacibliyini vurğulayıb. Türkiyə İranla sərhəddə divar inşa etsə də, bir çox əfqan ölkəyə daxil olmağı bacarıb. Bu mühacirlər ölkənin şərqindəki Van şəhərində saxlanılır.