Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb.
Arazmedia.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 543 118, ölənlərin sayı isə 7 251 nəfərə çatıb. Virusa yoluxanlardan 482 732 nəfərin sağaldığı bildirilir.