Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 31-də Rusiyaya işgüzar səfər edəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan həmin gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Qarabağa dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi, humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəklər.
Avqustun19-da prezident Armen Sarkisyan Ermənistan parlamentinin keçmiş spikeri Ararat Mirzoyanı ölkənin xarici işlər naziri təyin edib.