DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Venesuelada leysan yağışları nəticəsində 17 nəfər ÖLDÜ

1 dəqiqəyə oxunur

Venesuelanın Merida ştatında leysan yağışları daşqınlara səbəb olub. 

Arazmedia.az  xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Bu barədə məlumat verən region qubernatoru Ramona Qevaru deyib ki, bu qədər yağıntının olacağı gözlənilmirdi:

“Biz təsəvvür etmirdik ki, faciənin miqyası bu qədər geniş ola bilər”, – deyə Qevaru bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində onlarla bina uçub, 1200-dən çox ev yararsız hala düşüb. Regionda elektrik enerjisinin verilişində və mobil rabitədə problemlərin yaşanıb.