Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.
Arazmedia.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsində Fransa yığması ilə qarşılaşıb. Oyun Azərbaycan voleybolçularının növbəti məğlubiyyəti ilə bitib.
Azərbaycan yığması Avropa çempionatında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya uduzub. Bütün oyunlar 0:3 hesabı ilə başa çatıb. Beləcə, komanda qitə birinciliyini qrup sonuncusu kimi bitirib.
Avropa çempionatı
25 avqust
A qrupu
Azərbaycan – Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)