Türkiyədə sel fəlakətindən ölənlərin sayı 81 nəfərə çatıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, keçən həftə Türkiyənin üç vilayətində fasiləsiz yağışlar daşqın və selə səbəb olub. Çox sayda yaşayış yerləri və iş yerlərini su basıb, sel bəzi bölgələrdə sürüşməyə səbəb olub.