Avqustun 19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 7 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, monitorinqlər nəticəsində 10 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.