“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
Arazmedia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.
Matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumu da “Qarabağ”ın texnikalı futbolçularının öz oyununu diqtə etməsinə mane olmayıb. Lakin təmsilçimiz bu üstünlüyü yalnız bir dəfə qola çevirə bilib. İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.