Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Arazmedia.az- ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Ararat Mirzoyan Ermənistanın yeni xarici işlər naziri təyin edilib.
Qeyd edək ki, Ararat Mirzoyandan əvvəl Ara Ayvazyan XİN rəhbəri olub. O, bir neçə ay öncə vəzifəsindən istefa vermişdi.