Haitidə avqustun 14-də 7,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1941-ə çatıb, yaralıların sayı isə 6900-ü keçib.
Arazmedia.az xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi yeni məlumat yayıb.
Rəsmilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.