Gürcüstanda son sutkada daha 6 208 nəfərdə koronavirus aşkarlanıb, 47 nəfər vəfat edib.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 490 462-yə, ölənlərin sayı isə 6 483-ə yüksəlib.
Ötən 24 saat ərzində 3 539, ümumilikdə isə 429 190 nəfər müalicə olunaraq sağalıb.
Bu günə olan aktiv xəstə sayı 54 763 nəfər təşkil edir.