Gürcüstanın Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ 4,1 bal gücündə olub. Yeraltı təkanların dərinliyi 11 km təşkil edib.
Qeyd edək ki, bu son iki həftə ərzində Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınan 5-ci zəlzələdi.