Amerikalı hərbçilər Kabil hava limanında havaya xəbərdarlıq atəşi açıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.
“Mən burada çox qorxuram. Onlar havaya çoxlu atəş açır. Bir qızın necə tapdalandığını və öldürüldüyünü gördüm”, – deyə hadisə şahidlərindən biri bildirib.
“Əl-Cəzirə” telekanalının daha əvvəl verdiyi məlumata görə, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür. Sözügedən helikopterlərin ölkədəki diplomatik missiyaların əməkdaşlarını daşıdığı bildirilir. Telekanal həmçinin “Taliban” hərəkatından qaçmağa çalışan vətəndaşların hava limanına toplanmasını da vurğulayıb.
Qeyd edək ki, radikal “Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.