DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağda şəhidin doğum günü qeyd edildi – FOTO

2 dəqiqəyə oxunur

Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid İbadov Rafiq Baloğlan oğludur.

Arazmedia.az xəbər verir ki, şəhid İbadov Rafiq Baloğlan  oğlu 14.08.1965-ci  il tarixində Zəngilan rayonunda dünyaya gəlmişdir.Birinci Qarabağ müharibəsindədə iştirak etmiş və vətənimizin müdafiəsində xüsusi xidmətlər göstərmişdir. I Qarabağ müharibəsi veteranı olmuşdur. Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində  xidməti olan bölmələrin heyətində yer alıb.

2020-ci il 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan haqlı mübarizəmizdə vətənimiz uğrunda 29.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbərliyi  şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid İbadov Rafiq Baloğlan oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.  

Ruhuna dua oxunduqdan sonra şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər.

Daha sonra şəhidin Ailəsi və övladları Lökbatan qəsəbəsində yaşadıqları mənzillərində ziyarət olunub.Ailəyə maddi və ərzaq yardımı edilib.Onlara dərin hüzünlə baş sağlığı verilib.Ailənin mövcud bütün məsələləri araşdırılıb heç bir çətinlikləri olmadığını bildirən şəhid ailəsi,görüşdə bildirilib ki,torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar.Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə,birinci vitse prezident Mehriban xanım Əliyevaya,Qaradağ rayonİcra Hakimiyyəti  rəhbərliyinə dərin təşəkkürrlərini bildirmişdir.