Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əlcəzairə rəsmi səfər edəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Çavuşoğlu əlcəzairli həmkarı Ramtan Lamaranın dəvətini qəbul edərək avqustun 14-15-də Əlcəzairdə səfərdə olacaq.
İkitərəfli görüşlərdə ölkələr arasındakı əlaqələrin, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və fikir mübadiləsi aparılacağı vurğulanıb.