Ermənistan Müdafiə Nazirliyinin İrəvanın mərkəzində yerləşən anbarlarından birində yanğın baş verib.
Arazmedia.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın avqustun 11-də saat 18:38-də qeydə alınıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin altı yanğınsöndürmə və xilasetmə qrupu göndərilib.
Hadisə nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektara yaxın ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 ədəd şalban yanıb.