Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.