DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Yunanıstanda meşələri yandıran 10-dan çox şəxs saxlanıldı

1 dəqiqəyə oxunur

Yunanıstan Yanğından Mühafizə Xidmətinin səlahiyyətli nümayəndələri üç gün ərzində 10 nəfərdən artıq insanı həm qəsdən, həm də ehtiyatsızlıqdan törətdikləri meşə yanğınlarına görə saxlayıblar.

Arazmedia.az xəbər verir ki, bu barədə dövlətin yanğından mühafizə xidməti bildirib.

Yanğın törədənlər, əsasən, Korfu, Larisa və Pirey yaxınlığında, həmçinin Afinanın mərkəzində və ən şiddətli meşə yanğınlarından birinin qeydə alındığı Kalamatada saxlanılıb.

Yanğından Mühafizə Xidməti bir sıra digər həbslərin olduğunu da bildirib.

Qeyd edək ki, bir həftədir ölkədə meşə yanğınları tüğyan edir. Meşələrin, milli parkların, təbiət ərazilərinin ziyarətinə qoyulan qadağan avqustun 13-dək uzadılıb.