Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycana təşəkkür edib.
Arazmedia.az xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında məlumat paylaşılıb.
“Azərbaycana meşə yanğınlarında Yunanıstana dəstək və həmrəylik nümayiş etdirdiklərinə görə səmimi minnətdarlığımızı bildiririk”, – XİN-dən bildirilib.
Qeyd edək ki, Yunanıstan temperaturun kəskin artması fonunda müşahidə olunan meşə yanğınları ilə mübarizə aparır.