DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ oldu

1 dəqiqəyə oxunur

Türkiyədə 3 zəlzələ qeydə alınıb.

Arazmedia.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.

Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.

Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.