DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Jurnalisti ölümlə təhdid edən qulduru Salyan polisi nə üçün müdafiə edir-SƏBƏB

2 dəqiqəyə oxunur

Arazmedia.az-ın Salyanda yaşayan, Şirvan üzrə bölgə müxbiri Aysel Məlikovaya və onun azyaşlı oğlu Nicata (ad şərtidir) qonşuluqda “kirayədə” yaşayan quldur bıçaqla hücum edərək, bıçağı jurnalist xanımın və oğlunun ürəklərinə dirəmişdir.

Birtəhər oğlunu götürərək (azyaşlı ağır tip şəkər xəstəsidir və bu hücumdan sarsılmış, şəkəri çox yüksəlmişdir), hadisə yerindən uzaqlaşan jurnalist dərhal Daxili İşlər Nazirliyinin “102” məlumat bürosuna məlumat verib. Ertəsi gün onu Salyan rayon Polis Şöbəsinin rəisi də qəbul edir, onlara hücum edənin qanunla ən sərt şəkildə cəzalandırılacağını bildirib.

Lakin yenidən polisə dəvət olunan xanım jurnalist tam əksi mənzərənin şahidi olur.

Belə ki, ona hücum edən quldur, tapıçka ilə, ağzında saqqız, inək kimi  gövşəyə-gövşəyə rəisin otağına girib-çıxır və heç nə olmamış kimi hərəkət edir.

Ən hiddət doğuran hal o olub ki, rəis xanıma deyib ki, onun sənə hücüm etməyini səndən başqa heç kim görməyib. Şahidin yoxdur, o adama qarşı heç bir tədbir görə bilmərik.

Aydın məsələdir ki, quldurun ya özü, ya “adamı” rəisi “görüb”. Ona görə rəis “dili gödək” olub, özünü görməməzliyə vurub.

Burada məntiqli suallar meydana çıxır.

Görəsən, adam öldürənləri nə əsasla tuturlar? Ölənlər də ölümdən qabaq kamera çəkilişi edir  və ya canlı şahid saxlayırlar yanlarında?

Bu nə məntiqsiz yanaşmadır? Ali təhsilli jurnalist xanıma nə düşüb ki, azyaşlı oğlunu da götürüb, polisin yollarında qalsın? Necə olur ki, rəisin maşınını ötüb keçənə 15 sutka həbs verirlər, azyaşlı uşağın və jurnalistin üstünə bıçaq çıxaranı sərbəst buraxırlar?

 Görəsən rəisin bir yaxınına elə bir hərəkət edən olsaydı, onu neçə il həbsə atdırardı?

Əməkdaşımızın və onun azyaşlı oğlunun pozulmuş hüquqları bərpa olunana kimi, məsələni gündəmdə saxlayacağıq.

Arazmedia.az