Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.
Arazmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə liderləri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.
R.T.Ərdoğan və Ə.Dibeybe əvvəlcə təkbətək görüşüblər. Müzakirələr 1,5 saat davam edib.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə görüş olub.