Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Arazmedia.az xəbər verir ki, “ay-ulduzlular” 1/4 final mərhələsində Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Cənubi Koreyanın 3:2 (17:25, 25:17, 28:26, 18:25, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Türkiyə millisi Tokio-2020 ilə vidalaşıb.
Asiya təmsilçisi yarımfinalda Braziliya – Rusiya cütünün qalibi ilə qarşılaşacaq.