Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzinin(KOBIM) təşkilatçılığı və Gənclərin İnkişafı və Karyera Mərkəzinin müvafiq nümayəndəliklərinin təşkilati dəstəyi ilə 2-3 avqust tarixlərində Masallı, Cəlilabad və Biləsuvar rayonlarında “Öz biznesini başla” mövzusunda təlimlər keçirilib.
Arazmedia.az xəbər verir ki, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında biznesə başlamaq istəyən gənclər üçün bilik və bacarıqlarının artırılması məqsədilə KOB İnkişaf Mərkəzinin açılışından sonra ilk təlimdə lazım olan məlumatlar verilib.Təlimlərdə biznesə başlamaq istəyən gənclərə SWOT analizi və ideyanın qiymətləndirilməsi istiqamətində, eləcə də biznesin qurması zamanı rastlaşa biləcəkləri çətinliklər barədə danışılıb.Eyni zamanda təlimdə KOBİM-in peşəkar təlimçiləri tərəfindən biznes planın hazırlanması, satışın proqnozlaşdırılması, məhsulun təsviri və bazar araşdırılması üsulları haqqında məlumatlandırılıb.100-ə yaxın gəncin iştirak etdiyi silsilə təlimlərdə mövzu ilə bağlı suallar cavablandırılıb və təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.