DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Gəncə polisi 43 kq narkotiki qanunsuz dövriyyədən çıxarıb

1 dəqiqəyə oxunur

Bildiyimiz kimi son aylar ərzində Daxili İşlər Orqanları tərəfindən xeyli miqdarda narkotiklər  dövriyyədən çıxarıb.

Arazmedia.az-ın əldə etdiyi məlumata görə, bu istiqamətdə Gəncə Şəhər Baş Polis İdarəsi daha da çeviklik göstərərək, müsbət nəticə əldə edib.

Belə ki, təkcə son 6 ay ərzində idarə əməkdaşları 43 kiloqramdan çox narkotik vasitələri, aşkar edərək, dövriyyədən çıxariblar. Faktla bağlı “ağ ölümü” yayanlar məsuliyyətə cəlb ediliblər. Məsələ ondadır ki, Gəncə şəhər Baş Polis Idarəsinin yeni rəisi general-mayor Teymur Hacıyevin ən çox mübarizə apardığı sahə, məhz nakotiklərlə mübarizədir.

Qeyd etmək istərdik ki, indi gündəmdə olan, günümüzün aktuallığına çevrilən patı (şüşə) adlanan narkotik vasitələrlə, Teymur Hacıyev Gəncəyə rəis təyin olunan gündən barışmaz mübarizə aparır.

Cənab Hacıyev çox gözəl bilir ki, gənclərin beynini və sağlamlığını məhv edən, zəhərləyən bu maddələri yayanlar, ən ağır formada, qanunvericiliyə uyğun cəzalandırılmasalar, sağlam gələcəkdən söhbət gedə bilməz.
Dünyanın, o cümlədən Azərbaycanın da mübarizə apardığı narkotiklər xalqımıza, dövlətimizə və dünyaya açıq təhdiddir.
Arzu edirik ki, polis adını daşıyan hər kəs, general-mayor Teymur Hacıyev kimi yanaşsın bu məsələyə.

O zaman dünyamız bu ağır bəladan xilas olar, dünya xalqları firavan yaşayar, narkotiklərin gətirdiyi dəhşətli faciələr baş verməz.

Arazmedia.az