Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək.
Arazmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
“Sabah səhər bizim bir helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq” – deyə nazir müavini bildirib.